Dekabrın 7-8 tarixlərində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus Azərbaycanda səfərdə olacaq.
Azərbaycan mətbuatı məlumat yayıb ki, səfərin əsas məqsədi Bankın Azərbaycanla bağlı hazırladığı hesabatların hökumətə təqdim etməkdir.
Regional direktorun səfəri zamanı “Azərbaycan - yaşıl artıma doğru" tematik arayış və “Ölkə üzrə iqtisadi memorandum”un təqdimatı keçiriləcək.
Qeyd olunur ki, həmçinin qonağın Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.