ABŞ-in Ermənistandakı səfirliyi ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin Yerevan səfərini alqışlayır.
“Səfir Riker dekabrın 1-4-də hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək və davamlı sülhün əldə olunmasına yönəlmiş birbaşa Ermənistan-Azərbaycan danışıqlarına Birləşmiş Ştatların dəstəyini müzakirə edəcək”, - deyə ABŞ-in Ermənistandakı səfirliyinin rəsmi Facebook səhifəsində bildirilir.