Baş nazir Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Baş nazir onun regiona səfərini alqışlayıb və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi rolunu yüksək qiymətləndirib.
Həmsöhbətlər Dağlıq Qarabağ məsəsləsi, o cümlədən Stepanakertlə Bakı arasında müzakirələr üçün beynəlxalq mexanizmin formalaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Həmsöhbətlər Ermənistan-Amerika strateji dialoqu çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunublar. Ermənistanda demokratik islahatların səmərəli həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi vurğulanıb.