Fransa Milli Assambleyası noyabrın 30-da Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni qəbul edib.
Bu barədə ER-nın Fransadakı səfirliyi məlumat yayıb.
Qətnamədə erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış yer alır.
Eyni zamanda hökumətə təklif olunur ki, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları və işğalı davam etdirərsə, fərdi sanksiyaların tətbiqini nəzərdən keçirsin.
Həmçinin, hökuməti Milli Assambleyanın 2020-ci il tarixli 502 saylı qətnaməsinin müddəalarına uyğun olaraq Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizlik probleminin həlli üçün vasitəçilik səylərini davam etdirməyə çağırır.
Layihə müəllifləri beynəlxalq təşkilatları Ermənistanda və Dağlıq Qarabağda, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırırlar.
Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.