Dekabrın 1-də ATƏT-in nazirlər forumu çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Litvanın xarici işlər naziri Qabrielius Landbergis ilə görüşüb.
Həmsöhbətlər Ermənistan-Litva dövlətlərarası münasibətlərində müsbət dinamikanı vurğulayaraq, müntəzəm yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə ediblər.
Ticarət-iqtisadi əlaqələrin inkişafı kontekstində Birgə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Ararat Mirzoyan və Qabrielius Landsberqis beynəlxalq və regional gündəliyin bir sıra aktual məsələlərinə də toxunublar. Ermənistan Respublikasının xarici işlər naziri Cənubi Qafqazdakı vəziyyəti, eləcə də sabit və davamlı sülhün bərqərar olunması ilə bağlı erməni tərəfinin yanaşmalarını və bu istiqamətdə göstərdiyi səyləri təqdim edib. Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisini işğal altında saxlaması, təxribat xarakterli hərəkətləri və döyüşkən ritorikası kövrək regional sabitliyə təhlükə yaradır.
Həmsöhbətlər həmçinin Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan missiyanın regionda sabitliyin təmin olunmasında müsbət rol oynadığını vurğulayıb.