Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyaya işgüzar səfər edəcək Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.
Qeyd edilib ki, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır.
“Xüsusi diqqət 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli və 31 oktyabr 2022-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin müzakirəsinə ayrılacaq”, - Rusiya XİN sözçüsü vurğulayıb.