Niderland Krallığının Ermənistandakı səfiri Niko Şermers yenidən Jermuka səfər edib.
“Bölgədəki vəziyyətlə tanış olmaq üçün bu dəfə Niderlandın Xarici İşlər Nazirliyindən həmkarım Yetske Maria Klayn ilə birlikdə Jermuka qayıtmaqdan xoşbəxtəm. Belə çətin şəraitdə çoxlu pozitiv və sülhsevər insanlarla görüşmək çox xoşdur”, – səfir Twitter bloqunda yazıb.