ER-nin baş nazirin müavini Mher Grigoryan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz, Moldova və Belarus üzrə regional rəhbəri Katarina Byorlin Hanseni qəbul edib.
Baş nazirin müavini AYİB ilə Ermənistan üçün əsas sahələrdə həyata keçirilən layihələri vurğulayıb.
Görüşdə infrastrukturun inkişafı planları müzakirə edilib, xüsusilə Şimal-Cənub magistralının Sisian-Kacaran avtomobil yolunun tikintisinə hazırlıq işlərinin vacibliyi vurğulanıb. Bu kontekstdə AYİB tərəfindən həyata keçirilən texniki-iqtisadi tədqiqatının nəticələri müzakirə olunub.
Həmçinin Aİ-nin iqtisadi və investisiya planı çərçivəsində AYİB-in ER kommersiya bankları ilə həyata keçirdiyi kiçik və orta sahibkarlığa dəstək proqramlarına da toxunulub.
Birgə layihələrin yeni mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, xüsusilə regional əhəmiyyətli layihələr qeyd olunub.