Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına reaksiya verib. Azərbaycan XİN bəyan etmişdir ki, Praqa və Soçi görüşlərində Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığı müəyyən edilməyib.
“Azərbaycan rəsmiləri bir məsələ ilə bağlı qərar verməlidir. Ermənistanla Azərbaycan arasında sərhəd var, ya yox, çünki onlar 2021-ci il mayın 12-də və 2022-ci il sentyabrın 13-də Ermənistana qarşı törədilən təcavüzlər və Ermənistanın suveren ərazilərinin işğalı zamanı sərhədin delimitasiya olunmadığını, sərhəd olmadığını iddia edirdilər, bəs indi necə iddia edirlər ki, Ermənistan Respublikasının nəzarətində olan Azərbaycan əraziləri var? Azərbaycan tərəfi belə bir iddia ilə Ermənistanla Azərbaycan arasında dəqiq sərhəd olduğunu etiraf edir. Ermənistanın dövlət sərhədi ilə bağlı mövqeyi çox aydındır və beynəlxalq hüquqdan irəli gəlir, odur ki, Ermənistan-Azərbaycan dövlət sərhədi var, tərəflər Alma-Ata bəyannaməsinə və ona əlavə edilmiş protokollara əsaslanaraq, 2022-ci il oktyabrın 7-də Praqada dördtərəfli görüş və 2022-ci il oktyabrın 31-də Soçidə üçtərəfli görüş zamanı bu sərhədin tanınmasını bir daha təsdiqləyiblər.”, - deyə Marukyan “Armenpress”in suallarını cavablandırarkən bildirib.
Səfirin sözlərinə görə, Ermənistan tərəfi dövlət sərhədinin mövcudluğunu qeydə alarkən dəfələrlə məsələ qaldırıb ki, Ermənistanın Tavuş bölgəsinin bir sıra kəndlərinin əkinə yararlı torpaqları - Berkaber kəndinin əkin torpaqlarının təxminən 70 faizi və su anbarının böyük hissəsi, Paravakar kəndinin əkin sahəsinin təxminən 70 faizi, Aygehovit və Vazaşen kəndlərinin əkinə yararlı torpaqları da 90-cı illərdən indiyədək Azərbaycanın işğalı altındadır.
"Ermənistan qeyd olunan ərazilərin də qaytarılmasında ardıcıl olacaq", - deyə Marukyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mütəmadi olaraq səsləndirdiyi xəritələrlə bağlı məsələyə gəlincə, bəyanatlarda aydın xəritələrin qeyd olunmadığını və sərhədlərin müəyyənləşdirilməsinin hansı xəritələrlə aparılmalı olduğu bəlli olmadığını bəyan edən Azərbaycan tərəfi özü ilə ziddiyyət təşkil edir.
“Alma-Ata bəyannaməsi və ona əlavə edilmiş protokollarla bir-birinin sərhədlərini qarşılıqlı olaraq tanımaqla Azərbaycan xəritələrin manipulyasiyası mövzusunu bağladı, çünki aydındır ki, söhbət Sovet İttifaqı respublikalarının inzibati sərhədlərindən gedir. Ona görə də burada, “bəli, biz Alma-Ata bəyannaməsi və ona əlavə edilmiş protokollarla Ermənistanın ərazi bütövlüyünü tanıyırıq” demək, lakin sonra tarixi xəritələr haqqında qeyri-müəyyən söhbətləri davam etdirmək mümkün olmaz”, - deyə səfir vurğulayıb.
Ermənistanın hazırkı vəziyyətdə hansı mövqe tutduğununa dair suala cavab olaraq Marukyan vurğulayıb ki, erməni tərəfi dəfələrlə rəsmi cavab verib və bütün sərhəd boyu işğal olunmuş ərazilərin olmamasını təmin etməyi təklif edib, həmçinin sərhəd boyu güzgü şəkildə geri çəkilmə və demilitarizasiya zonasının yaradılması üçün təkliflər verib, lakin bu həll yollarına cavab olaraq Azərbaycan tərəfi öz qoşunlarını 2021-ci il 12 maya olan yerlərə geri çəkməyib, sonra isə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olan komissiyaların davam edən işinə məhəl qoymayaraq, sentyabrın 13-də yeni təcavüzə başladı və nəticədə Ermənistanın suveren ərazisindən yeni ərazilər işğal olundu.
“Vurğulamalıyam ki, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinin tarixini təqdim etməyə cəhd ediləndə müəyyən sərhədin olmasını, Ermənistana qarşı təcavüzkar müharibə əməliyyatları həyata keçirəndə və ərazilər işğal edəndə isə, bizim dəqiq sərhədimizin olmamasını iddia edə bilməz.
Ermənistanın təqdim etdiyi bütün təkliflər qüvvədədir və Azərbaycanın siyasi iradəsi mövcud olduqda, Alma-Ata bəyannaməsini və ona əlavə edilmiş protokolları rəhbər tutaraq, Sovet İttifaqı respublikalarının inzibati sərhədləri əsasında, irəli getmək və qarşılıqlı tanınan dövlət sərhədlərini tez bir zamanda delimitasitya etmək lazımdır ki, bu da sülh müqaviləsinin imzalanmasına müsbət təsir göstərəcək”.