Türkiyə və Azərbaycan xarici işlər naziri Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Polşada görüşəcək. Türkiyə XİN rəhbəri bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutacaq.