Yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Hindistan nümayəndə heyətini Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi Sancay Verma, Azərbaycan nümayəndə heyətini isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Hindistan və Azərbaycan əməkdaşlığı, xüsusilə ticarət və enerji sahəsində uğurla inkişaf edir. "Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsüdür", - deyə qeyd edilib.