Nikol Paşinyan və Rəcəb Ərdoğanın Praqadakı görüşü Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi baxımından çox əhəmiyyətli idi, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyə telekanallarından birinin efirində bildirib. Onun sözlərinə görə, görüş zamanı zəruri texniki işlərin başa çatdırılması ilə bağlı razılaşmalar əldə olunub. Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunaraq, bu prosesi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqələndirib. Onun sözlərincə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.
Türkiyə prezidentinin sözçüsü bildirib: “Müsbət bir proses gedir. Yaxın vaxtlarda 3-cü ölkə vətəndaşları, diplomatik pasportlara malik şəxslər Ermənistan-Türkiyə quru sərhədindən keçə bilər. Müvafiq əsaslar olduqda belə qərarlar veriləcək. Bütün proseslər Azərbaycan tərəfi ilə razılaşdırılaraq və paralel aparılsa, daha effektli olar. Biz istəyirik ki, Cənubi Qafqazda sülh və sabitlik üçün zəmin yaransın. Ona görə də Ermənistanla Azərbaycan arasında mövcud proseslər fasiləsiz irəliləməlidir. Əsas odur ki, barışıq prosesi başlayıb. Hazırda birbaşa təmaslar aparılır. Belə bir səviyyədə məsələlərin birbaşa müzakirəsi ilk dəfədir ki, aparılır”.