Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə iki ölkə arasında əlaqələndirmə məsələləri müzakirə olunub.