“Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarından “Dağlıq Qarabağ” adından istifadə etməməyi xahiş edir.
Azərbaycan xatırlamalıdır ki, 2 il əvvəl prezident Əliyev üçtərəfli atəşkəs sazişi imzalamışdı və bu sazişdə “Dağlıq Qarabağ” adı 5 dəfə xatırlanır.
Bu, Rusiyanın “Dağlıq Qarabağ” adından istifadə etməsi üçün hüquqi əsasdır”,-deyə ER-nın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan tviterdə yazıb.