KTMT-nin baş katibi Stanislav Zas təşkilatın Yerevandakı görüşünə və Ermənistanla bağlı müzakirələrə toxunub.
O qeyd edib ki, Yerevanda həm qlobal, həm də KTMT-nin məsuliyyəti sahəsindəki vəziyyətə xüsusi diqqət yetirilib.
"Vəziyyət sadə deyil, Ermənistan - Azərbaycan sərhədində, demək olar ki, hər gün, hətta biz orada olarkən, atışmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım təklifi kompleksi fərqlidir: siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”, - Zas ONT telekanalına müsahibəsində bildirib.