Noyabrın 28-dən dekabrın 3-dək Rabatda (Mərakeş Krallığı) UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası keçiriləcək.
Hökumətlərarası Komitəsi 2003-cü il tarixli UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi haqqında Konvensiyanın əsas orqanlarından biridir. O, konvensiyanın 5-ci maddəsinə əsasən yaradılmışdır. Komitəyə 24 üzv dövlət daxildir.
Sessiyada dünyanın 125 ölkəsindən 1000-dən çox nümayəndə, o cümlədən konvensiyaya üzv dövlətlər, UNESCO-nun himayəsi altında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, müşahidəçilər, eləcə də müxtəlif ölkələrdən KİV nümayəndələri iştirak edir.
Sessiyada iştirak etmək üçün Ermənistan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müavini O. Davtyan və ER Təhsil, Elm, Mədəniyyət, İdman Nazirliyinin Mədəni İrs və Xalq Sənətləri Departamentinin Mədəni İrsin Qorunması və Populyarlaşdırılması şöbəsinin baş mütəxəssisi N. Kılıçyan Rabata gedib.
Sessiyanın gündəliyində duran mühüm məsələlərdən biri də müxtəlif ölkələrdən təqdim edilmiş ərizələrin müzakirəsidir.