Noyabrın 28-də Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə işçi məsləhətləşmə keçirilib. Məsləhətləşmədə ER MN, SQ və SQ BQ rəhbər heyəti və ordu hissələrinin komandanlığı iştirak edib.
Məsləhətləşmə zamanı silahlı qüvvələrdə görülən işlər, xüsusilə qış mərhələsinə hazırlıq tədbirləri, mühəndis təminatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Nazirə əvvəllər keçirilmiş işçi məsləhətləşmələrdə verilən tapşırıqların icrası barədə məlumat verilib.
Qaldırılan məsələlərlə bağlı müdafiə naziri məsul bölmələrin rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.