26 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib. Normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.