Rusiyanın Artsaxdakı sülhməramlı kontinqenti Azərbaycan Müdafiə Nazirliyinin kontinqentin “erməni toponimlərindən istifadə etməsii” ilə bağlı ittihamlarına cavab verib. Bu barədə Rusiya sülhməramlılarının bəyanatında deyilir.
“Rusiya Federasiyasının silahlı qüvvələri və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontinqenti təlim və döyüş tapşırıqlarını yerinə yetirərkən RF SQ BQ topoqrafik xəritələri ilə müəyyən edilmiş toponimlərdən istifadə edir. Bakının Mağavuz yaşayış məntəqəsinin adı ilə bağlı tənqidi fikirlər səsləndirməsi təəccüb doğurur, çünki əvvəllər və dəfələrlə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlarda Dağlıq Qarabağ ərazisində Azərbaycan vətəndaşlarının karvanlarının müşayiətinin təmin edilməsi kontekstində başqa azərbaycanca olmayan toponimlərdən istifadə edilib. Lakin bu, informasiya sahəsində şikayətlərə səbəb olmayıb. Bundan başqa, Azərbaycan tərəfi karvan hərəkət marşrutunun razılaşdırılması və Rusiya sülhməramlıları ilə əməkdaşlığın təşkili zamanı da bu toponimlərdən istifadə edir.
Rusiya sülhməramlı qoşunlarının fəaliyyəti Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə tənzimlənir və atəşkəs rejiminin saxlanmasına monitorinq məqsədi daşıyır və müxtəlif görüşlərdə Azərbaycan rəsmiləri dəfələrlə bu fəaliyyətin səmərəliliyini yüksək qiymətləndirmişlər.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi məlumatlarında dərc olunan atəşkəs rejiminin pozulması günün istənilən vaxtında müşahidə aparmağa imkan verən obyektiv müşahidə üsullarından istifadə etməklə sülhməramlı müşahidə məntəqələri tərəfindən qeydə alınır. Azərbaycan Müdafiə Nazirliyi belə əhəmiyyətsiz hallarda Rusiyanın sülhməramlı kontinqentinin Dağlıq Qarabağdakı fəaliyyətini şübhə altına qoymasa, onunla sıx əməkdaşlıq edərək regionda sülhün qorunmasına yönəlmiş işi davam etdirsə, pis olmazdı”.