Noyabrın 25-də ER xarici işlər naziri Ararat Mirzoyan Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə idarəedici direktoru Mixayel Ziberti qəbul edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Aİ əməkdaşlığı, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ararat Mirzoyan və Mixayel Zibert Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistan Respublikasının xarici işlər naziri Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması ilə bağlı erməni tərəfinin yanaşmalarını təqdim edib. Vurğulanıb ki, Azərbaycanın döyüşkən ritorikası və qeyri-konstruktiv siyasəti sülh səylərinə zərbə vurur, yeni eskalasiya ehtimalı yüksək olaraq qalır.
Ararat Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunub.