Noyabrın 25-də saat 11:55 radələrində Martuni rayonunun Karmir Şuka icmasının sakini S. Qriqoryan rayon polis idarəsinin həmin icma şöbəsinə məlumat verib ki, həmin gün saat 11:30 radələrində Tağavard kəndin inzibati ərazisinin “Tsmaken tak” adlanan ərazisində “Belarus” traktoru ilə kənd təsərrüfatı işləri görərkən, qarşı tərəf atıcı silahlardan nizamsız atəş açıb. Nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Səhər saatlarında Martakert rayonunun Çankatağ icması istiqamətində də atəşkəs rejiminin pozulması qeydə alınıb.
Azərbaycan ordusunun bölmələri aparılan kənd təsərrüfatı işlərinə mane olmaq üçün mülki əhalini hədəfə alıb.
Regional polis idarələri faktları toplayaraq Rusiya sülhməramlı qoşunlarına təqdim ediblər.