Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edib və prezident İlham Əliyev ilə görüşüb.
Bundan əvvəl Xovayev Ermənistana səfər edib. Onu Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini İvan Neçayev bildirmişdi ki, Xovayevin Bakıya səfəri gözlənilir.