Noyabrın 24-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə icraçı direktoru Mixayel Zibertin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Andrea Viktorin də iştirak edib.
Armen Qriqoryan nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və regionda təhlükəsizlik mühitinin gücləndirilməsində Aİ-nin müşahidə potensialı missiyasının və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının rolunu vurğulayıb.
Həmsöhbətlər missiyaların həyata keçirdiyi cari fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.