Dünən KTMT-nin sammitində çox təəssüf ki, iki çox mühüm sənəd üzrə ortaq məxrəcə gələ bilmədik, amma onu da demək istəyirəm ki, fikrimcə, çox açıq, dürüst və müsbət müzakirə aparıldı. Bunu ER baş naziri Nikol Paşinyan hökumət iclasında bildirdi.
“Ümid edirəm ki, biz yenidən nəzərdən keçirə və ortaq məxrəcə gələ biləcəyik, lakin ümumilikdə, KTMT bəyannaməsi qəbul edilməməsinə baxmayaraq demək istəyirəm ki, mən bunu ümumilikdə müsbət hesab edirəm. Mən də Rusiya ilə ikitərəfli formatda danışıqları müsbət hesab edirəm və ümid edirəm ki, imzalanmış razılaşmaları tezliklə həyata keçirəcəyik”,- baş nazir qeyd etdi.