Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarının, o cümlədən 31 oktyabr Soçi sammitinin güc və güc tətbiq etmə hədəsindən istifadə etməmək ilə bağlı müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsi zərurətinə əsaslanır”, - deyə RF XİN-in rəsmi nümayəndəsi qeyd edib.
“Regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat xarakterli ritorikadan çəkinmək vacibdir”, - deyə Mariya Zaxarova Azərbaycan prezidentinin təxribatçı və hədələyici bəyanatlarını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, Rusiya silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə həm siyasi, o cümlədən dövlət başçıları, xarici işlər nazirləri, həm də yerlərdə Rusiya sülhməramlı qoşunları, FTX sərhəd mühafizə xidməti vasitəsilə daimi əlaqə saxlayır.
“Əlbəttə, biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində işi davam etdirəcəyik”, - deyə Zaxarova yekunlaşdırıb.