Yerevanda baş nazir Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
Artıq təşkilata üzv olan bütün ölkələrin liderləri görüş yerinə gəliblər. Onları baş nazir Nikol Paşinyan qarşılayıb. Beynəlxalq və regional təhlükəsizlik məsələləri, KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq.
Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul edilməsi planlaşdırılır. Sülhməramlı qüvvələrin müasir silahlarla, hərbi və xüsusi texnika ilə silahlanmasına, birgə radioloji, kimyəvi və bioloji müdafiənin formalaşdırılmasına dair bir sıra sənədlər imzalanacaq.
2023-cü il yanvarın 1-dən gözlənilən rotasiya kontekstində KTMT-nin baş katibi məsələsi də müzakirə olunacaq.
Nikol Paşinyan (Ermənistanın baş naziri) - Son 2 il ərzində KTMT üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycan tərəfindən hücuma məruz qalıb. Ermənistanın KTMT-yə üzv olması Azərbaycanı aqressiv hərəkətlərdən saxlaya bilmədi.
Faktiki olaraq, bu günə qədər KTMT-nin Ermənistana qarşı təcavüzə reaksiyası ilə bağlı ortaq bəyanata gəlmək mümkün olmayıb. Bu faktlar həm Ermənistan daxilində, həm də xaricdə KTMT-nin reputasiyasına ciddi zərbə vurur.
Mən bunu Ermənistanın KTMT-yə sədrliyinin ən böyük uğursuzluğu hesab edirəm.