Yerevanda KTMT üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclası başlayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, həm siyasi, həm də təhlükəsizlik məsələləri daxil olmaqla gündəm çox doludur.
Bu gün daha sonra baş nazir Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Artıq KTMT-yə üzv dövlətlərin rəhbərləri Ermənistana gəlirlər. Onları hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayır.
İclas zamanı hərbi-siyasi vəziyyət, təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana dəstək üçün birgə tədbirlərlə bağlı məsələlərin müzakirə olunması gözlənilir.