Yerevanda baş nazir Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası keçirilib. Əvvəlcə dövlət başçılarının görüşü və videoçəkiliş mərasimləri olub, sonra Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan liderləri kiçik iclasda gündəliyə daxil edilmiş məsələləri müzakirə ediblər.
Nikol Paşinyan qeyd etdi ki, KTMT-yə sədrliyin 14 ayı həm qlobal, həm də regional miqyasda böyük sarsıntılarla üst-üstə düşdü.
“Təəssüflər olsun ki, bütün dünyada və xüsusən də regionumuzda nəinki münaqişə riskində azalma müşahidə olunmur, hətta gərginliyin davamlı olaraq artması, daha böyük və əhatəli problemlərin toplanması tendensiyaları açıq-aşkar müşahidə olunur.
Bildiyiniz kimi, bu il sentyabrın 13-14-də Ermənistan Respublikası Azərbaycanın əsassız təcavüzü ilə üzləşib və bu təcavüz nəinki Ermənistanın bəzi suveren ərazilərinin işğalı, həm də hərbçilərin və mülki əhalinin itkisinə və mülki infrastrukturun əhəmiyyətli dərəcədə məhv edilməsinə səbəb olub.
Azərbaycanın dəfələrlə təcavüzü və bu günə kimi KTMT-nin sözügedən təcavüzə reaksiyası ilə bağlı qərar qəbul edə bilməməyimiz həm KTMT üçün, həm də Ermənistan cəmiyyətində təşkilatın qavranılması üçün son dərəcə vacib olan fundamental suallar doğurur”,- Paşinyanq eyd etdi.
Baş nazir vurğuladı ki, Ermənistan Respublikasında KTMT-nin məsuliyyət zonasının yaradılması Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir.
“Bununla bağlı KTMT-dən nə gözləyirik? Bu faktın aydın şəkildə formalaşmış siyasi qiymət formasında qeydə alınması. Bu mövqe təkcə Ermənistan Respublikasının ərazi bütövlüyünün bərpası üçün deyil, həm də Azərbaycanın ölkəmizə qarşı növbəti təcavüzkar hərəkətlərinin qarşısının alınması baxımından vacibdir.
Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı yeni təcavüzü təhlükəsinin qalması faktı, oktyabrın 28-də KTMT-nin baş katibi Stanislav Zas KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da bildirdi. Yuxarıda qeyd olunan qərarın qəbul edilməməsi təkcə KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi demək deyil, həm də Azərbaycan üçün Ermənistana qarşı növbəti təcavüzündə KTMT tərəfindən yaşıl işıq kimi şərh oluna bilər”,- Paşinaynq eyd etdi.
Baş nazir onu da vurğuladı ki, 2020-ci il 9 noyabr tarixli bəyanatın bütün müddələri yerinə yetirilmir.
Bu müddələri pozaraq Azərbaycan prezidentinin imzaladığı sənədə zidd olaraq bəyan edir ki, Dağlıq Qarabaq mövcud deyil.