Rusiya prezidenti Vladimir Putin KTMT ölkələrinin liderlərinin sammitində bildirib ki, Dağlıq Qarabağ nizamlanmasının kəskin problemlərinin hərtərəfli həllinə yönəlmiş səylər əlavə diqqət tələb edir.
“Bizim əlavə diqqətimiz tələb olunur və mən artıq bu barədə, eləcə də Ermənistan-Azərbaycan hərtərəfli nizamlanmasına nail olmaq səyləri ilə bağlı məsələlər barədə danışan həmkarlarımla razıyam. Təbii ki, bunlar kəskin məsələlərdir”, - Putin qeyd etdi.
O əlavə edib ki, oktyabrın sonunda Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli danışıqlar “fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb”.