Xəbər verdiyimiz kimi, bu gün ER Baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
KTMT-yə üzv ölkələrin liderləri - Belarus prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti Emomali Rahmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan prezidenti Sadır Japarov Yerevana səfərə gəliblər.
“Zvartnots” hava limanında onları ER baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Hərbi-siyasi vəziyyətin, təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsinin və Ermənistana dəstək üçün birgə tədbirlərin müzakirə olunacağı gözlənilir.