Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir, Rusiya Federasiyası ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.
Görüş zamanı infrastrukturların inkişafı, enerji, nəqliyyat, mədənçıxarma, eləcə də regionlararası əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Tərəflər atom enerjisi sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə etdilər.
Lars keçid məntəqəsindəki vəziyyət müzakirə edilib. Nazir səfirdən bu məsələdə dəstək olmağı, problemi diqqət mərkəzində saxlamağı xahiş edib.
İkitərəfli maraq doğuran digər məsələlər müzakirə edilib.