Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan dünən Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukovu qəbul edib.
Görüşdə AİB-in Ermənistan nümayəndəliyinin direktoru Paolo Şpantiqatti də iştirak edib.
Baş nazirin müavini ölkə üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə AİB ilə əməkdaşlığı yüksək qiymətləndirib.
2024-2028-ci illərdə Ermənistan Respublikası və Asiya İnkişaf Bankının proqram prioritetləri çərçivəsində əməkdaşlığın mümkün yeni istiqamətləri qeyd olunub.