Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.
İclasda KTMT-nin Kollektiv Təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətin və təşkilatın fəaliyyətinin müzakirə olunacağı gözlənilir.
Tərəflər həmçinin KTMT çərçivəsində xarici siyasi, hərbi və terora qarşı əməkdaşlığa aid və kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsi və gələcək inkişafına yönəlmiş qərarlar paketini müzakirə edəcək.
Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, iclas zamanı bir sıra mühüm siyasi bəyanatların qəbul edilməsi planlaşdırılır.