Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana işgüzar səfərə gələcək. Lukaşenkonun KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirakını prezidentin mətbuat xidməti təsdiqləyib.
Sessiyanın dar və geniş tərkibdə baş tutacağı da vurğulanır. KTMT-yə üzv dövlətlərin liderləri beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
2022-2023-cü illərdə KTMT-yə sədrliyi Belarusa ötürməsini nəzərə alınaraq, Lukaşenko həmin dövrdə təşkilatın birgə səylərinin cəmlənməsinin prioritet istiqamətlərini vurğulayacaq.