Noyabrın 21-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Livan Respublikasının xarici işlər və mühacirlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib ilə telefon danışığı aparıb.
ER XİN rəhbəri həmkarını Livanın qarşıdan gələn milli bayramı münasibətilə təbrik edib, qardaş Livan xalqına firavanlıq və sülh arzulayıb. Həmsöhbətlər Ermənistan-Livan münasibətlərinin qarşılıqlı etimada və iki xalqın çoxəsrlik dostluğuna əsaslandığını məmnunluqla qeyd ediblər.
Hər iki tərəf müxtəlif sahələrdə qurulmuş səmərəli əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.