Ermənistan Respiublikasının xarici işlər naziri Ararat Mirzoyan Frankofoniya Nazirlər Forumunun 43-cü sessiyasında çıxış edib.
O qeyd etdi ki, Azərbaycan keçən ilin may ayında, bu ilin sentyabrın 13-14-də Ermənistanın suveren ərzisinə qarşı ətcavüzlər törədib. Bu da Ermənistanın suveren ərazisinin işğalı, yüzlərlə qurban və yaralı, minlərlə məcburi köçkün və mülki infrastrukturun dağıdılmasına səbəb olub.
“Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını, Azərbaycan hərbçilərinin erməni əsirlərə, o cümlədən qadın hərbçilərə qarşı törətdiyi və dünyanı dəhşətə gətirən dəhşətli vəhşilikləri unutmayaq.
Azərbaycanla sərhədimizdə bu gün də gərginlik qalmaqdadır və güc və ya güc tətbiq etməmək öhdəliyinə baxmayaraq, Azərbaycan prezidenti Dağlıq Qarabağ və Ermənistan xalqını təhdid etməkdə və əsassız ərazi iddiaları ilə təqdim etməkdə davam edir.
Bu baxımdan bir çox dövlətlərin Ermənistanın ərazi bütövlüyünün pozulmasını tanıması və Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasını tələb etməsini alqışlayırıq.
Ermənistan münaqişə ilə bağlı bütün məsələlərin, o cümlədən Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin sülh yolu ilə həllinə sadiq qalır və buna nail olmaq üçün səy göstərən beynəlxalq tərəfdaşlara təşəkkür edir”,- nazir qeyd etdi.