Nensi Pelosi Demokratlar Partiyasının ABŞ Konqresindəki fraksiyasının rəhbəri postunu tərk edir.
Bu barədə o, qanunverici orqanın aşağı palatasındakı çıxışı zamanı bildirib.
“Fraksiyamıza əmin olaraq bildirirəm ki, növbəti çağırışda Konqresdə demokratların lideri olmağa iddia etməyəcəm. Artıq yeni nəslin demokratlar fraksiyasını irəli aparmasının vaxtı gəlib” – deyə Pelosi vurğulayıb.
Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq ABŞ Konqresinin Aşağı Palatasında işləməyə davam edəcək.