İqtisadi artıma görə Ermənistan Avrasiya İqtisadi Birliyi ölkələri arasında liderdir. İlin sonunda 11% iqtisadi artım proqnozlaşdırılır.
Bunu Yerevanda keçirilən “Avrasiya İqtisadi İttifaqı ölkələrinin iqtisadi təhlükəsizliyi və sabitliyi, dövlət və biznes imkanları” mövzusunda beynəlxalq konfrans çərçivəsində Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Anton Malaxov bildirdi.
O qeyd etdi ki, bu ildə xarici ticarətin ümumi strukturunda Ermənistanın Aİİ ölkələri ilə xarici ticarət dövriyyəsinin payı doqquz ayda 36,2% təşkil edib.
Malaxovun sözlərinə görə, Şimal-Cənub layihəsinin TRACECA layihəsi ilə tam şəkildə həyata keçirilməsi Ermənistana qovşaq rolunu gücləndirməyə və tranzit daşıma mərkəzinə çevrilməyə imkan verəcək.