Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanda Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin birgə iclasında iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
KTMT-nin Kollektiv Təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və təşkilatın terrorizmlə mübarizə sahəsində əməkdaşlıq üzrə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş bir sıra sənədlərin, o cümlədən yekun bəyannamənin təsdiqi nəzərdə tutulur.