Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) noyabrın 23-də Yerevanda keçiriləcək sessiyasında beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistana yardım göstərilməsi tədbirləri müzakirə olunacaq.
Bu barədə KTMT-nin məlumatında bildirilib.
"KTŞ üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Ən vacib məsələlərdən biri də KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistan Respublikasına yardım göstərilməsi olacaq
“KTŞ iclasının gündəliyinə sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, KTMT-nin radiasiya, kimyəvi və bioloji müdafiə və tibbi təminatın birgə formalaşdırılması ilə bağlı bir sıra sənədlərin imzalanması da daxildir”, - məlumatda deyilir.
Toplantıda KTMT-nin 2023-cü il büdcəsi də müzakirə olunacaq.
“Qarşıdan gələn rotasiya ilə əlaqədar olaraq, 2023-cü il yanvarın 1-dən KTMT-nin baş katibi məsələsinə baxılacaq”, - məlumatda deyilir.
KTMT-nin məlumatına görə, bir sıra mühüm siyasi bəyanatların verilməsi də planlaşdırılır.