ER Baş naziri Nikol Paşinyan İsveçrə Konfederasiyasının keçmiş prezidenti Mişelin Kalmi-Rehini qəbul edib.
Tərəflər Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Nikol Paşinyan Dağlıq Qarabağ məsələsinə, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı erməni tərəfinin mövqeyinə toxunub.
Regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirməsinə yönəlmiş addımların atılmasına əhəmiyyət verilib.