“Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və Yerevanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır”.
Bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Birləşmiş Ştatlar Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Hərçənd ki Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”, - diplomat bildirib.
Onun sözlərinə görə, Minsk qrupu məlum olduğu formatda artıq fəaliyyət göstərmir və Azərbaycan həmin formatda işləməyəcəyini bildirib.
"Mandat qalır. Mandatın məqsədi, təbii ki, saxlanılır. ATƏT isə konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla, hazırda regionda bu qədər [dərindən] iştirak edən Aİ ilə, digər maraqlı tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqə saxlayıram".