“Taxıl sazişi”nin müddəti uzadılacaq”.
Bunu Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov tviterdə yazıb.
O bildirib ki, sazişin vaxtı daha 120 gün artırılacaq.
Nazir, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Hulusi Akara təşəkkür edib.
Xatırladaq ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa çatır.