Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Tərəflər Ermənistan-Azərbaycan dinc nizamlanması üzrə gələcək addımları müzakirə edib.
"Dövlət katibi ABŞ-ın sülh prosesinə dəstəyini vurğulayıb və hər iki tərəfi Vaşinqtonda razılaşdırıldığı kimi gələcək danışıqları planlaşdırmağa çağırıb", - mətbuat katibi Ned Prays telefon danışığı ilə bağlı bildirib.
Onun sözlərinə görə, Blinken prezident Əliyevi atəşkəs rejiminə riayət etməyə, təxribatlara yol verməməyə və Ermənistanla sülhə zəmin hazırlamaqdan inamın möhkəmləndirilməsi üçün tədbirlər görməyə çağırıb.