ABŞ Azərbaycana hərbi və ya digər yardım göstərməsinə necə haqq qazandıra bilər? Azadlığa Dəstək Aktının 907 saylı qətnaməyə əsasən, bu ölkə Ermənistana və Dağlıq Qarabağa hücumlarını dayandırmayınca və blokadanı götürməyənə qədər Azərbaycana yardım göstərilə bilməz.
Bunu demokrat senator Bob Menendes ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.
O, ABŞ Dövlət Departamentinin Azərbaycanın Ermənistana sentyabr hücumundan cəmi bir neçə ay əvvəl Bakıya dəstəyi təsdiq etməsindən qəzəbləndiyini bildirib. Onun sözlərinə görə, Amerikanın dəstəyi Azərbaycana bunu qonşu ölkəyə tətbiq etməyə imkan verir.
“Dövlət Departamentinin hər iki tərəfi zorakılıqdan çəkinməyə çağırmaları məyusedici hesab edirəm. Təcavüzkara təcavüzkar deməlisən. Düşünürəm ki, bu münaqişədə təcavüzkarın kim olduğunu, kimin təcavüzkar olmaq üçün uyğun potensiala malik olduğunu anlamaq üçün dərin biliyə ehtiyac yoxdur”,-deyə o qeyd etdi.
Senator 44 günlük müharibə zamanı ağ fosforlu döyüş sursatı və onun tədarükünün Azərbaycana verilməsinə də toxunub: “Təəssüf ki, həmin sursat Ukrayna tərəfindən təmin edilib”, – Menendes bildirib.