Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında regiondakı təhlükəsizlik vəziyyətinə toxunub.
“ER Vaşinqtonda bizim şərh və təkliflərimizi, sülh müqaviləsi ilə bağlı mətnimizi Azərbaycan tərəfinə çatdırıb. Azərbaycandan reaksiyalar gözləyirik. Həmin reaksiyalar baxımından deməliyəm ki, bununla belə, biz müəyyən gərginlik meyllərini də görürük. Bu gərginlik həm də konkret hadisələrlə, konkret situasiyalarla bağlıdır”, - Paşinyan bildirib.
O, Ermənistanın mövqeyinin bəlli olduğunu, Azərbaycan qoşunlarının Ermənistanın işğal olunmuş ərazilərindən, yəni 2021-ci il mayın 11-dək mövcud olan mövqelərə çıxmalı olduğunu vurğulayıb.
“Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Ümid edirik ki, KTMT də bizim bu mövqeyimizi dəstəkləyəcək”.