“Çox güman ki, bu müharibə müəyyən mərhələdə müzakirə masasında bitəcək”.
Bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Eyni zamanda, biz bilirik ki, bu danışıqların nəticəsi döyüş meydanındakı gücdən asılıdır. Ona görə də bu münaqişənin sülh yolu ilə həllini istəyiriksə, biz Ukraynanın döyüş meydanında güclü olduğuna əmin olmalıyıq. Çünki bu, Ukrayna üçün qəbul olunacaq sülh təklifi ehtimalını gücləndirir.
Bəli, biz hamımız sülh istəyirik, müharibənin başa çatmasını istəyirik və bizim bu sülh üçün verəcəyimiz ən yaxşı töhfə isə Ukraynanın müstəqil və suveren ölkə kimi qalması üçün onu hərbi yardımla təmin etməkdir”, - NATO Baş katibi qeyd edib.