Dünyanın ən nüfuzlu informasiya texnologiyaları nəhənglərindən olan “Microsoft” Azərbaycandakı ofisi bağlanmaq üzrədir.
Bu barədə “Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“Microsoft Azerbaijan” bağlanır, bəli, ağlasığmaz olsa da, bu, belədir. Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram”, - o qeyd edib.
O.Gündüz bildirir ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.
“Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar. Görünür, “Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.
Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır”, - ekspert əlavə edib.