Fransa Respublikasının Senatı Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar təklif edən qətnamə qəbul edib.
“Qətnamə həmçinin:
- Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasını və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir;
- bütün erməni hərbi əsirləri azad etməyə və öz vətənlərinə qaytarmağa çağırır;
- Fransa hökumətini avropalı tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycan hakimiyyətinin əmlakına qarşı diplomatik və iqtisadi tədbirlər və sanksiyalar tətbiq etməyə, habelə Azərbaycandan qaz və neft idxalına embarqo qoymağa dəvət edir;
- Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyini təsdiq edir və hökuməti Dağlıq Qarabağda humanitar ofis yaratmağa dəvət edir;
- hökuməti Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək imkanlarını nəzərdən keçirməyə dəvət edir”.
Qətnaməni senatorlar Bruno Rtayo, Kristian Kambon, Elian Assasi, Patrik Kanner, Erve Marsel və Gilbert-Lyuk Duvinaz təqdim ediblər.