Fransa Senatının üzvü Jan-Lui Masson qeyd etdi ki, Ermənistan Azərbaycan təcavüzünün qurbanıdır, onların biganəliyi isə acınacaqlıdır.
“Bu layihə çox vacibdir. Diktator Əliyev ədalət qarşısında cavab verməlidir. Türkiyənin rolunu da nəzərdən qaçırmaq olmaz. Elə görünür ki, Ərdoğan Türkiyəyə bitişik bütün ərazilərdə münaqişə ocaqları yaratmağa çalışır. O 1915-ci ildə cinayətini qəbul etmir. Belə görünür ki, onlar ermənilərə qarşı ikinci Soyqırımı, eyni zamanda kürdlərə qarşı üçüncü Soyqırımı həyata keçirirlər.
NATO və Avropa İttifaqının Ermənistana münasibəti ayrı-seçkilik xarakteri daşıyır. Məsələn, biz Rusiyanı Avropa Şurasından kənarda qoymuşuq, amma eynisini Azərbaycan və Türkiyə məsələsində etmirik. Ən pisi isə odur ki, biz təbii qaz həcmini hətta iki dəfə də artırırıq. Biz müharibə cinayətlərinə məhəl qoymuruq. Bu gün yaranmış vəziyyətə görə Avropa İttifaqı liderləri mənəvi məsuliyyət daşıyırlar”, - deyə senator qeyd etdi.